Közlənmiş bibər şorbası resepti

Közlənmiş bibər şorbası resepti
Yeməklər
10.09.2017 9
Tərkibi:

500 qram qırmızı bibər

300 qram acı bibər

1 xörək qaşığı kərə yağı

1 xörək qaşığı günəbaxan yağı

2 diş sarımsaq

1 xörək qaşığı un

3 stəkan toyuq suyu

1 xörək qaşığı doğranmış kəklikotu

Duz və istiot

 

Hazırlanması:

Soba
qabına yağlı kağız örtüb bibərləri düzün. 180 dərəcə qızdırılmış sobada
20 dəqiqə bişirin. Daha sonra sobadan çıxarıb qabığını soyun, tumunu
təmizləyin. Tavaya yağ töküb qızdırın, sarımsağı 1 dəqiqə qovurun. Daha
sonra bibəri əlavə edib rəngi dəyişənə kimi qızardın. Un əlavə edib
qarışdırın. Toyuq suyunu əlavə etdikdən sonra blender vasitəsilə
qarışdırın. Sonda kəklikotunu, duzu, istiotu əlavə edib ocağı söndürün.

Süfrəyə isti halda verilməlidir.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!