İspanaqlı yaşıl şorba resepti

İspanaqlı yaşıl şorba resepti
Yeməklər
10.09.2017 14
Tərkibi:

500 qram təzə ispanaq

4 xörək qaşığı zeytun yağı

1 ədəd böyük soğan

2 xörək qaşığı un

4 stəkan qaynar toyuq suyu

yarım stəkan krem

1 çay qaşığı təzə üyüdülmüş istiot

1 çay qaşığı duz

 

Hazırlanması:

İspanaqları
yuyun. Suyunun süzülərək qurumağını gözləyin. Soğanı doğrayıb zeytun
yağında qızardın. İspanağı da əlavə edib soğanla birlikdə qovurun. Sonra
unu töküb təqribən 3-4 dəqiqə qovurun. Təzə çəkilmiş qara istiot və duz
əlavə edin. Daha sonra üzərinə toyuq suyunu tökün. Unun yapışmaması
üçün mikserlə qarışdıraraq bişirin. Qatılaşmağa başlayanda odu azaldıb
kremi az-az əlavə edin. Həlim olması üçün blenderdən keçirin. Xörəyi
kasalara töküb isti-isti yeyin.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!