Səhər yeməyi üçün fərqli görünüşlü sosiska və yumurta resepti - FOTO RESEPT

Səhər yeməyi üçün fərqli görünüşlü sosiska və yumurta resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 37
Tərkibi:

3 ədəd
yumurta

3 ədəd
uzun sosiska

Duru yağ
və kərə yağı (qızartmaq üçün)

2-3 x/q
mayonez

Duz,
istiot

Çin yemək
çubuğu





Hazırlanması:

Sosiskaları
yemək çubuqlarının arasına qoyub bərabər ölçüdə kəsin. Çubuqlar sosiskaları əyri
kəsməyə imkan vermir.

Sonra kəsilmiş
sosiskaları şəkildəki kimi diş çöpü ilə bərkidin.

Yumurtanı
nimçəyə qırın, duz, istiot və mayonez vurub yaxşıca çalın.

Tavaya
yağı qoyub qızdırın və sosiskaların bir üçünü qızardın. Sonra sosiskanı çevirib
çalınmış yumurtanı orta hissəsinə tökün və bişirin.

Servis edən
zaman kahı yarpağının üzərinə qoya bilərsiz və xırda-xırda göyərti doğraya bilərsiz.




 

 

 

 

 

 Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!