Sobada tərəvəzli bişmə resepti

Sobada tərəvəzli bişmə resepti
Yeməklər
10.09.2017 10
Tərkibi:

1 ədəd balaca badımcan – saplağını kəsin, badımcanı uzunlamasına yarı bölün, yarıları da halqavari qalın-qalın kəsin

1 ədəd yumurta

1 stəkan un (150 qram)

1 stəkan + bir stəkanın dörtdə birisi qədər süd

2 xörək qaşığı təzə kəklikotu və ya 2 çay qaşığı quru kəkliokotu

1 ədəd qırmızı soğan

2 ədəd kabaçok

1 ədəd qırmızı Bolqar bibəri

1 ədəd sarı Bolqar bibəri

4 xörək qaşığı zeytun yağı

2 xörək qaşığı sürtgəcdən keçirilmiş Parmezan pendiri

Duz, istiot

Üstünə səpmək üçün hər hansı bir göyərti (mən cəfəri səpirəm) – xırda doğrayın



Hazırlaması:

Bir kasada yumurta, un, süd, kəkliotu, zövqə görə duz və istiotu duru
hamar kütlə alınanadək qarışdırın. Kasanı soyuq yerə qoyun.



Badımcanları süzgəcin içinə yığıb, yaxşıca duzlayın. Qoyun acısı çıxsın –
təxminən 10 dəqiqə ərzində. Sonra sudan keçirib, qurulayın.



Sobanı 205Cdək qızdırın.



Söğanı nazik dilimlərə kəsin. Kabaçoku halqavari kəsin. Bibərlərin
dənəsini çıxardıb, hər bibəri uzunlamasına 4-6 yerə bölün. Bütün
tərəvəzləri ölçüsü 33 sm x 25 sm olan formaya yığın. Üstünə zeytun
yağını əlavə edib, əlinizlə qarışdırın. Tərəvəzləri bir lay şəklində
yayın. Sobada üstləri bir az qızaranadək bişirin, təxminən 20 dəqiqə.



Sonra isə sobadan çıxardıb, südlü kütləni (qaşıqla qarışdırın)
tərəvəzlərin hər tərəfinə tökün. Sobada 30-35 dəqiqə və yaxud südlü
qarışıq bir az şişib qızaranadək bişirin. Bişməni sobadan çıxardın.
Üstünə Parmezan pendiri və göyərti səpin. Bişmə bir qədər soyuduqdan
sonra süfrəyə verilməyə hazırdır. Bişməni soyuq halda da yemək olar.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!