Yaşıl blinçiklər resepti

Yaşıl blinçiklər resepti
Yeməklər
10.09.2017 1
Tərkibi:

1 litr süd

400 qram un

2 yumurta

50 ml əridilmiş kərə yağı

0.5 çay qaşığı soda

1 çay qaşığı duz

150 qr pendir

200 qr xama

Sumax (zövqə görə)

200 qr göy (keşniş, şüyüd, reyhan, göy soğan, cəfəri)



Üzərinə çəkmək üçün:

100 qr  kərə yağı



Hazırlanması:

Əvvəlcə yumurta ilə duzu çalırıq.

linçikin xəmirini hazır etdikdən sonra 1 saat onu isti yerə qoyuruq ki gəlsin.

Xəmir gəldikdən sonra bura çox xırda doğranmış göyərtini və yağı əlavə edirik.

İstəyə görə adi duzlu və ya holland pendiri sürtgəcdən keçirib xəmirə əlavə edirik

Hazır xəmiri  tavada  bişiririk blinçik bişirdiyimiz kimi.

Düzdür, bu xəmir bir az qatı olanda elə də yaxşı yayılmır, amma qaşıqla edə bilərsiniz.

Bişirdiyimiz blinçikləri yağlayıb üst-üstə yığırıq.

Buyurun, göyərtili blinçiklərimiz hazırdır. Süfrəyə verəndə sumax və xama da əlavə edə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!