Gavalı pirojnası resepti

Gavalı pirojnası resepti
Yeməklər
10.09.2017 18
Tərkibi:

300 q dondurulmuş hazır yağlı xəmir

1 yumurta



İç üçün:

3 ç.q. alma, yaxud gavalı povidlosu

500 q gavalı

2-3 x.q. şəkər tozu

1 ç.q. darçın

40 q badam



Hazırlanması:

Yağlı xəmirin donunu açın. Yumurtanı çalın. Siniyə perqament döşəyin. Sobanı 200 dərəcə qızdırın.



Xəmirdən
3 hissə kəsin. Üzərinə alma, yaxud gavalı povidlosu yaxın. Qıraqlarına
isə yumurta çəkin. Xəmirdaən daha altı nazik şərid kəsib spiral kimi
bükün və pirojnaların kənarların düzün. Azca basıb bərkidin.



Gavalıları
yuyun, yarı bölüb dənələrini çıxarın, dilimləyin. Kərə yağını əridin.
Gavalıları pirojnaların üzərinə düzün, kərə yağı gəzdirin və xırda
doğranmış badam səpin. Şəkər tozunu darçınla qarışdırıb pirojnanın
üstünə səpin. 25 dəqiqə sobada qızaranadək bişirin. Hazır olandan sonra
üzərinə şəkər pudrası səpin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!