Bişirilmiş tərəvəz və pendirli toyuq ruletləri resepti

Bişirilmiş tərəvəz və pendirli toyuq ruletləri resepti
Yeməklər
10.09.2017 4
Tərkibi:

12 orta rulet üçün 

toyuğun döş əti- 3 ədəd  

kabaçok - 1 ədəd 

bolqar bibəri - 1 ədəd  

pomidor - 2 ədəd

bərk pendir - 100 qr. + üstünə səpmək üçün bir az sürtgəcdən keçirilmiş pendir
ədviyyatlar, duz, qırmızı istiot – zövqə görə



Hazırlanması:

1. Hər döş ətini  4 hissəyə bölün (1 uzununa, 1 eninə kəsin) Azca döyüb ədviyyat və duz vurun.

2. Kabaçokun qabığını soyun. Tərəvəz və pendiri nazik uzun doğrayın.

3. Hər döş diliminin ortasına bir neçə pendir və tərəvəz zolaqları qoyun. Diş çöpləri ilə bərkidin.  

4. Ruletləri 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Tam
bişməsinə 5 dəqiqə qalmış ruletlərin üzərinə sürtgəcdən keçirilmiş
pendir səpib sobanın tepmeraturunu 200 dərəcəyə kimi artırın.

5. Sonda üzərinə qırmızı istiot səpib süfrəyə verin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!