Sobada hind toyuğu resepti

Sobada hind toyuğu resepti
Yeməklər
10.09.2017 7
Tərkibi:

Hind toyuğunun budu və ya ayağı – 1 ədəd  

Baş soğan – 1ədəd

Sarımsaq – 8-10 diş

Kartof - 3 ədəd

Kök – 1 ədəd

Su – ½ çay stəkanı

Zeytun yağı – 3-4 x.q.

Duz, qara istiot

Kəklikotu



Hazırlanması:

Əvvəlcədən
sobanı 200 dərəcədə isitmək lazımdır. Soğanın qabığını soyub 4 yerə
böl. Sarımsaqların da qabığını soyub bütov şəkildə saxla. Kartofları və
kökü də qabıqlarını təmizlə, yu və iri kub şəklində doğra. Hind toyuğunu
yu, üzərinə kiçik xətlər at və kəklikotuları üzərinə, yanlarına əlavə
et. Zeytun yağı, duz və qara istioutu da ətin hər tərəflərinə çək.
Soğan, sarımsaq, kök, kartof  və kəklikotunu ətin üzərinə və yanlarına
yay. Üzərinə də su əlavə et. Qabın ağzını da falqa kağızı ilə örtərək 30
dəqiqə bişməyə qoy.  30 dəqiqədən sonra sobanın dərəcəsini 180 dərəcəyə
endir və 1 saat də bişməyə qoy. 1 saat tamam olandan sonra falqa
kağızını açıb istilik dərəcəsini 160-a endir və üstü qızarana qədər
 yenə də 30 dəqiqə sobada qalsın. Beləliklə, 2 saata sobada, təndirdə
bişən hind toyuğunun dadı verən hind toyuğun hazırdır. 



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!