Qabaqla toyuq kababı resepti - FOTO RESEPT

Qabaqla toyuq kababı resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 18
Tərkibi (4 pay): 

500 q toyuq fiflesi

1-2 təzə qabaq 

bitki yağı

 

marinad:

1 x.q. bitki yağı

1 x.q. soya sousu

1 ç.q. alma, yaxud  üzüm sirkəsi (limon şirəsi də
olar)

1 diş sarımsaq 

0,5 ç. q. bal

ədviyyat (kəklikotu, oreqano, qara küncüt)

duz

istiot

 

Hazırlanması

Toyuq filesini orta boy tikələrə doğrayın. 

Qaba yığıb marinad üçün ərzağı üzərinə tökün,
qarışdırıb 20-30 dəqiqə saxlayın. Bir neçə saat da saxlamaq
olar, o zaman soyuducuya qoyun. 

Qabaqları tərəvəz bıçağı ilə
napnazik uzun dilimlərə doğrayın. 

Duzlayıb 10 dəqiqə
saxlayın. 

Taxta şişlərə növbə ilə rulet
kimi bükülmüş qabaqlarla toyuq tikələrini düzün. 

Bitki yağını tavada
qızdırın. 

Şişləri içinə düzüb orta
itilikli odda hər üzünü təxminən 4-5 dəqiqə bişirin.



















Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!