Pasta in krosta - makaronlu zapekanka resepti - FOTO RESEPT

Pasta in krosta - makaronlu zapekanka resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 41
Tərkibi (6-8 pay): 

500 q makaron

200q göy noxud (təzə və ya dondurulmuş)

200 q motsarella

200 q parmezan, yaxud digər bərk pendir

1 baş soğan

1 lay qat-qat xəmir

zeytun yağı

dəniz duzu

 

beşamel sousu:

1 l süd

75 q kərə yağı

2 x.q. un

muskat cevizi

dəniz duzu

qara üyüdülmüş istiot

 

Hazırlanması

Əvvəlcə beşamel sousunu hazırlayın. 



Kərə yağını orta itilikli odda əridin, qarışdıraraq un
qatın, 4-5 dəqiqə qarışdıraraq qovurun, qaynar, azca duz qatılmış süd
qatın, eynicinsli kütlə alınanadək qarışdırın, azca duz, istiot və
muskat cevizi qatın, qaynara düşəndən sonra daha 3-4 dəqiqə,
qatılaşanadək bişirin. Xamadan duru alınmalıdır. Əgər qatı alınarsa, bir
qədər də süd qatıb bişirin (Bişirərkən daim qarışdırmağı unutmayın).  



Sobanı 200 dərəcə qızdırın. 



Motsarellanı kubik doğrayın, parmezanı sürtgəcdən
keçirin (onun yerinə suluquni, hisə verilmiş, yaxud hörük pendir də
götürə bilərsiniz).  



Soğanı xırda doğrayıb zeytun yağında yüngülcə qızardın. 



Təzə göy noxudun üzərinə qaynar duzlu su tökün
(dondurulmuşun donunu açmayın). Süzün, zeytun yağı və soğan əlavə edin,
qarışdıraraq 5 dəqiqə qovurun. 



Makaronu duzlu suda 6-7 dəqiqə bişirin (hazır
olanadək), süzüb üzərinə soyuq su gəzdirin. Aşsüzənə yığıb suyunu
çəkməsini gözləyin. 



 Beşamel sousunun yarısını makaronla qarışdırın. Sousun qalanını isə isti yerdə saxlayın (vam odun üzərində).  



Formaya makaronun və noxudun yarısını düzün. Üzərinə
motsarella ilə sürtgəcdən keçirilmiş pendirin yarısını düzün. Bir qədər
beşamel sousu tökün. Yenə makaron+noxud+pendir layından sonra beşamelin
qalanını üzərinə gəzdirin. Üzərinə yağlı qat-qat xəmir çəkin, üzərini
yağlayın. 



Sobada 30-40 dəqiqə bişirin. 



Süfrəyə isti-isti verin. 



Əgər birnəfərlik qablarda bişirəcəksinizsə, o zaman sobada bişmə müddəti 10-15 dəqiqədir. 



















Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!