Qızardılmış krevetka və kartof resepti

Qızardılmış krevetka və kartof resepti
Yeməklər
10.09.2017 11
Tərkibi:

500 qr krevetka

5-6 ədəd kartof

200 qr suxarı

200 qr qarğıdalı unu

2 ədəd yumurta

duru yağ

duz



Hazırlanması:

1. Krevetkalar yaxşı yuyulur və suyu süzülür.

2. Üzərinə çıxana kimi su tökülüb 4-5 dəqiqə qaynadılır. Qaynadıqdan sonra suyu süzülüb soyudulur.

3. Yumurta, qarğıdalı unu, suxarı ayrı-ayrı qaba tökülür.

4. Krevetkanı qızartdıqda əvvəlcə duz vurulur, sonra qarğıdalı ununa
batırılır, sonra yumurtaya və sonda suxarıya batırılıb yağda qızardılır
(tavada yağ çox olarsa daha krevetka daha yaxşı qızarar və xırt-xırtlı
olar).

5. Kartofu qızartmaq üçün ilk növbədə kartofun qabığı tmizlənir, yaxşə yuyulub dilimlənir.

6. Yağ tavada qızdırılır, kartofa duz vurulur və qızardılır.

7. Yemeyi zövqə görə ketçup, mayonez və ya başqa soslarla da yemək olar.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!