Bulkada jülyen resepti - FOTO RESEPT

Bulkada jülyen resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 13
Tərkibi:
300 q toyuq filesi
200 q təzə şampinyon
1 baş soğan
300 q xama
50 q kərə yağı
1 x.q. un
duz
qara istiot
1 dəstə şüyüd
200 q pendir
4 ədəd hamburger üçün bulka

Hazırlanması:
Bulkaları hazırlayın: üstünü qapaq kimi kəsib, içini çıxarın.
Bitki yağında xırda kubik doğranmış soğanı, lay-lay doğranmış göbələyi qovurun. Tavanın qapağını örtüb göbələklər yumşalıncayadək bişirin. Yumşaldıqdan sonra tavanın qapağını açın, suyu quruduqdan sonra duz, istiot vurun. İstəyə görə şüyüd də əlavə edə bilərsiniz. Toyuq filesini kubik doğrayıb ayrıca qovurun. Duz, istiot vurun. Toyuğu göbələklə birləşdirin, un qatın, qarışdırın, xama əlavə edin, azca su əlavə edin ki, sous bir qədər duru olsun. Bu qarışığı bulkaların içinə doldurun, üzərinə pendiri sürtgəcdən keçirin, 180 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin.

Bulkada jülyen resepti - FOTO RESEPT
Bulkada jülyen resepti - FOTO RESEPT
Bulkada jülyen resepti - FOTO RESEPT
Bulkada jülyen resepti - FOTO RESEPT
Bulkada jülyen resepti - FOTO RESEPT
Bulkada jülyen resepti - FOTO RESEPT


Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!