Gilənarlı plov resepti

Gilənarlı plov resepti
Yeməklər
10.09.2017 26
Tərkibi:
Düyü - istədiyiniz qədər
Şüyüd - 4 dəstə
Gilənar - 500 qram
Toyuq filesi - 500 qram
Soğan - 4 ədəd
Duz, istiot, yağ zövqə görə

Hazırlanması:
Düyünü yuyub, qaynadıb, plovda olan kimi süzün. Şüyüdü yuyub, doğrayın. Qazana yağ töküb azca əridin, üstünə 3 lavaşı qazmaq əvəzi sərin. Düyüdən bir az töküb üstünə şüyüd səpin. Bu prosesi düyü və şüyüd bitənə qədər davam etdirin. Arada düyünün içinə ərinməmiş balaca kərə yağı atın. Plovu dəmlənməyə qoyun. Kənarda soğanı qovurub, üzərinə doğranmış toyuq filesini atın. Ət bişib, suyu çəkiləndən sonra dənəsi çıxarılmış gilənarları qatın. Bir az bişdikdən sonra duz vbə istiot vurun. Düyü ilə birlikdə süfrəyə verin.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!