Gül qutabı resepti - FOTO RESEPT

Gül qutabı resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 24
Tərkibi:
550 q un
200 ml isti süd
110 q kərə yağı (100 q xəmir üçün, 10 q iç üçün)
7 yumurta (2 çiyi xəmirə, 4 bişmişi - içə, 1-i üstünə çəkmək üçün)
15 q maya
0,5 ç.q. duz
3 ç.q. şəkər duzu
1 baş soğan
100 q bərk pendir
1 dəstə şüyüd

Hazırlanması:
İsti südə yumşaldılmış yağ, yumurta, duz, şəkər tozu, un və maya əlavə edib xəmir yoğurun. Sonra özünə gəlməsi üçün isti yerə qoyun. İç üçün: soğanı doğrayın, kərə yağında qızdırın, xırdalanmış yumurtaları, sürtgəcdən keçirilmiş pendiri və xırda doğranmış şüyüdü əlavə edin.

Xəmiri yayın. Fincanın köməyilə dairələr kəsin. Hər dairəni kənarından 3 yerdən çərtin. İçi dairənin ortasına qoyub kənarları elə bükün ki, üstü açıq qalsın (gülə oxşayacaq). Siniyə perqament kağız qoyub qutabları üstünə düzün, üzərinə yumurta çəkib sobada 200 dərəcə Selsidə bişirin.

Gül qutabı resepti - FOTO RESEPT
Gül qutabı resepti - FOTO RESEPT
Gül qutabı resepti - FOTO RESEPT
Gül qutabı resepti - FOTO RESEPT


Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!