Xarço resepti

Xarço resepti
Yeməklər
10.09.2017 15
Tərkibi:
Mal əti (və ya qoyun əti): 600 q.
Baş soğan: 2 ədəd.
Orta ölçülü kök: 1 ədəd
Pomidor: 4 ədəd
Yaşıl bibər (şirin): 2 ədəd
Acı bibər: 1 ədəd
Sarımsaq: 3 və ya 5 diş
Yumru düyü: 4 qaşıq
Təmizlənmiş qoz ləpəsi: 1/2 stəkan
İstiot (əzilməmiş): 5-10 ədəd dənəcik
Dəfnə yarqağı (lavrovıy list): 2 yarpaq
Maye bitki yağı: 2 qaşıq
Duz: zövqə görə
Göyərti: keşniş, cəfəri-1/2 dəstə

Hazırlanması:
Xarço bişirilmə qaydası:
Xarço bişirmək üçün əvvəlcə qoyun və ya mal əti çox da kiçik olmayan tikələrə səliqə ilə doğranılır. Bundan sonra doğradığımız ət tikələri bir tavaya qoyulur vv çox güclü odda qızardılır.

Bu ətlərin qızardıldığı əsnada baş soğanların qabıqları soyulur, bundan sonra doğranılır.

Bundan sonra yerkökü qabıqları soyulur. Qabıqları soyulan yerkökü də doğranılır.

Soyulub doğranılmış soğan və yerkökü də ətə əlavə olunur və birlikdə qovrulurlar. Soğan, yerkökü və ət birlikdə 10-15 dəqiqə qarışdırılaraq qovrulur.

10-15 dəqiqə birlikdə qovrulan ət, soğan və kök, bir qazana qoyulur. Bunların üzərinə su əlavə edilir. Suyun miqdarı: təqribən 2,5-3 litr olur. Diqqət: bu əlavə etdiyimiz su soyuq olmalıdır.

Qazan ocağa qoyulur və vam odda arada qarışdırılır. Vam odda təqribən 30-45 dəqiqə arası qaynadılır. Ancaq bu zaman qaynama müddəti ətin yaşı və növünə görə dəyişir. Xarço, ət bişənə qədəd qaynadılır.

Yemək bişərkən, pomidorların qabıqları soyulur, içərisinin özəkləri çıxardılır. Sonra pomidorlar sürtkəcdən keçirilir. Şirin bibərlər yuyulur, kiçik ölçüdə doğranılır. Çəyirdəkləri qarışmaması məsləhətdir.

Düyü yuyulur.

Qazandakı əti kontrol edirik. Tam bişdikdən sonra sürtkəcdən keçirilmiş pomidor və doğranmış bibərlər qazana əlavə edilir.

Bundan sonra XARÇO üçün düyü də əlavə edilir və düyü də bişənə qədər qazan ocağın üzərindən götürülmür.

Bu zaman istiot dənələri əzilir. Sarımsaqlar əzilir. Qoz ləpəsi əzilir.Bişən yeməyə əzilən istiot, sarımsaq, qoz və dəfnə yarpaqları əlavə edilir və qarışdırılır.

Bundan sonra ocaq söndürülür. Ancaq xarço süfrəyə verilməzdən əvvəl təqribən 20 dəqiqə gözlədilməlidir.

Yemək süfrəyə verilən zaman üzərinə halqa formasında doğranmış acı bibər, kiçik – kiçik doğranmış keşniş, cəfəri göyərtiləri tökülür.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!