Mərcili əriştə supu resepti

Mərcili əriştə supu resepti
Yeməklər
10.09.2017 14
Tərkibi:
2 x.q duru yağ
1 ədəd baş soğan
1 x.q tamat
150.qr. qiymə
4 stəkan sümük bulyonu
1 çay stəkanı qaynadılmış noxud
1 stəkan qaynadılmış yaşıl mərci
Eyni qədər əriştə
Zövqə görə, duz, istiot, nanə

Hazırlanması:
150.qr. qiyməyə duz, istiot vurularaq yogrulur. Sonra soğan xırda doğranaraq yağda qovrulur. Qovrulan soğanın üzərinə tamat tökülür. Üzərinə qiymə xırda küftələr şəklində əlavə edilərək dağılmamaq şərti ilə qarışdırılır. Daha sonra üzərinə sümük bulyonu tökülür. Bir buğum qaynadıqdan sonra noxud və yaşıl mərci əlavə olunur. Sonda isə əriştə əlavə olunaraq 10 dəqiqə qaynadılır. Üzərinə xırda doğranmış nanə, duz, istiot səpərək yeyə bilərsiniz.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!