Borş resepti

Borş resepti
Yeməklər
10.09.2017 50
Tərkibi:
1 kq mal əti
500 qr kartof
300 qr təzə kələm
400 qr çuğundur
200 qr kök
200 qr soğan
3 x.q. tomat pastası
1 ç.q. 6%-li sirkə
2-3 diş sarımsaq
2-3 dəfnə yarpağı
Cəfəri
Yodlu narın xörək duzu, istiot
Bitki yağı
Zövqə görə göyərti

Hazırlanması:
Borşun tərkibi 4 litr tutan qazana görə hazırlanmışdır. Ətin üzərinə su tökülüb 1,5 saat qaynadılır. Sonra qaynadılmış ət kiçik tikələrə ayrılır. Kələm şəkildəki ölçüdə doğranır. Soğan xırda-xırda doğranır. Çuğundur da çubuq şəklində doğranır. Kartof küp şəklində doğranır. Əvvəlcə çuğundur bitki yağında qızardılır.
Sirkə,tomat suyu əlavə edib 5-7 dəqiqə bişirilir. Bitki yağında soğan qovrulur. Kök əlavə olunub yenə qovrulur. Qaynayan bulyona kartof əlavə olunub duzlanır. Bulyon qaynamağa başladıqda kələm əlavə olunub 5 dəqiqə bişirilir. Çuğundur əlavə edib daha 10 dəqiqə bişirilir. Soğan və kök əlavə olunur.
rdından dəfnə yarpağı və cəfəri əlavə olunur,duz və istiot vurulur. Sarımsaqəzənlə sarımsaq əlavə olunur,2-3 dəqiqə bişdikdən sonra ocaqdan alıb 15-20 dəqiqə saxlanır. Hazır borşu servis edərkən üzərinə zövqə görə xama və göyərti qoyulur.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!