Tilsim börəyi

Tilsim börəyi
Yeməklər
10.09.2017 9
 
Tilsim börəyi
Vəsaitləri:



250 qram yuxa

3 yumurta

1 çay stəkanı süd

5 qaşıq yağ



İç vəsaitləri:



250 qram ağ pendir

Yarım dəstə cəfəri



Börəyin hazırlanması:



Bir kasaya yumurtaları qırın və üzərinə südü, ərimiş yağı əlavə edərək, yaxşıca qarışdırın. Yuxaları geniş bir yerə sərib, üzərinə hazırladığınız yağlı qarışığı bir fırça ilə sürtün. Digər yuxanı da üzərinə qoyub, təkrar üzərinə hazırladığınız yağlı qarışığı bir fırça ilə sürtün. Beləcə bütün yuxalar bitənə qədər, sürtüb, üst üstə qoyun.

Yuxaları 10 santimetr enində və uzunluğunda kəsib, təkrar hər parçanı ortadan ikiyə ayırın. Hər parçanı bir-bir götürüb, içinə rəndələnilmiş pendir və cəfəri qarışığını qoyun.

Yuxanın bir ucunu börək içini bağlayacaq şəkildə bağlayıb, tilsim kimi sarıyaraq, bir üçbucaq meydana gətirin. Hazırladığınız üçbucaqları yağlanılmış nimçəyə qoyub, üzərlərinə təkrar qarışıqdan sürtüb, altını, üstünü çəhrayılaşana qədər qızardın.



Nuş olsun!

 
Redakte etdi: PRETTY GİRL

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!