Pendirli kiş resepti

Pendirli kiş resepti
Yeməklər
10.09.2017 19
Tərkibi:
Xəmiri üçün:

300 qr un
150 qr marqarin
1 ədəd yumurta
duz

Üzəri üçün:
6-7 ədəd təzə soğan
1/2 dəstə şüyüd
1/ 2 su stəkanı yaşıl zeytun
1/ 2 su stəkanı qara zeytun
150 qr fıstığlı kolbasa
1 box labne (firma adı) pendiri

Hazırlanması:
Kiş xəmiri üçün bir qabda unu və duzu qarışdırın.
Marqarini kub şəklində kəsərək, unun üzərinə əlavə edin. Yumurtanı əlavə edin.
Xəmiri tez tez yoğurun. Üzərinə nəmli bir bez örtün, soyuducunda yarım saat saxlayın.
Kişin üzərinə qoyacağınız qarışıq üçün soğanları və şüyüdü incə incə doğrayın.
Yaşıl və qara zeytunu incə incə kəsin. Fıstığlı kolbasanı kub şəklində doğrayın.
Geniş bir qabda doğranmış zeytunu, təzə soğanı, şüyüdü, kolbasanı və labne pendirini qarışdırın.
Xəmiri qabından bir az daha böyük açın. Qabın içinə yerləşdirin.
Kənarlarını bıçaqla kəsin. Xəmirin üzərində çəngəllə dəliklər açın.
Əvvəldən isidilmiş sobada qızarana qədər bişirin.
Sobadan çıxardıqdan sonra soyudun.
Pendiri üzərinə yayın. Dilimləyərək süfrəyə təqdim edin.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!