Pendirli və yumurtalı pide resepti

Pendirli və yumurtalı pide resepti
Yeməklər
10.09.2017 23
Tərkibi:
Xəmiri üçün:

4 st. un,
0.5 ç.q. maya,
1 ç.q. duz ,
0,5 ç.q. şəkər tozu ,
apardığı qədər ilıq su

İçlik üçün:
pendir
6 yumurta,
200 qr. kərə yağı
keşniş, şüyüd
duz, istiot, qırmızı istiot

Üzəri üçün:
1 yumurta

Hazırlanması:
Xəmir üçün qaba un, maya, duz, şəkər tozu və az-az ilıq su əlavə edib xəmir yoğrulur.
Xəmir 6 kündəyə ayrılır. Kündələr oxlovla açılır, üzərinə sürtkəcdən keçirilmiş pendir səpilir.
Sonra kənarları hər iki tərəfdən ortaya doğru bükülür, (rulet formasında) ucları birləşdirilib, bərkidilir.
Ortası açıq qalır və qayıq forması alınır. Pidelər yağlanmış listə yığılır və ortasına bir az da pendir səpilir.
Pidelər bu halda bir az gəlməyə qoyulur. Sonra ətraflarına yumurta çəkilib, sobada 200° C-də bişirilir.
Bu pidenin bişmə prosesi izlənilir. Üzəri bir az qızaranda və pendir əriyəndə sobadan çıxarıb, ortasına yumurta salırıq (yumurtanı elə salmaq lazımdır ki, sarısı dağılmasın, yəni bütöv olsun). Yenə sobaya qoyulur.
Yumurtanın ağı bişdikdə pidelər sobadan çıxarılır. Üzərinə bir dilim kərə yağı qoyulur.
Duz, istiot, qırmızı istiot və göyərti səpilir. Artıq pideniz hazırdır.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!