İmam bayıldı resepti

İmam bayıldı resepti
Yeməklər
10.09.2017 7
Tərkibi:
4 orta badımcan
4 orta soğan
4 sarımsaq dişi
6 yetişmiş, soyulmuş orta pomidor
100 ml zeytun yağı
5-6 çay qaşığı xırda doğranmış cəfəri
3 çay qaşığı şəkər
5 çay qaşığı təzə limon şirəsi
duz
istiot

Hazırlanması:
Böyük bir qazanda su qaynadın, 7-8 dəqiqə badımcanları suda bişirin, sonra suyu boşaldın və badımcanların soyuması üçün gözlədin.
Soğanları zeytun yağında qızardın, doğranmış sarımsağı və soyulmuş pomidorları əlavə edin.
Təxminən 10 dəqiqə pörtlədin, sonra doğranmış cəfərini əlavə edin.
Badımcanları iki yerə kəsin, içini çıxardın.
Badımcanlardan çıxarılan içini doğrayın, tərəvəzlərlə qarışdırın, limon şirəsi və duz-istiot qatın.
Alınmış qarışıqla badımcanların içini doldurun, üzərinə qalan yağ gəzdirin, tavaya qoyun.
180 dərəcə temperaturda 45 dəqiqə sobada bişirin.
Süfrəyə verilmə:Süfrəyə isti-isti, ən yaxşısı qatığla verilir.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!