Tərəvəzli makaron şorbası resepti

Tərəvəzli makaron şorbası resepti
Yeməklər
10.09.2017 7
Tərkibi:
120 gr kəpənək makaron
1 kök
1 yaşıl uzun soğan
5 su stəkanı toyuq suyu
1 xörək qaşığı zeytunyağı
duz

Hazırlanması:
Kökü təmizləyib kiçik kiçik doğrayın.
Yaşıl soğanı təmizləyib incə incə dilimləyin.
5 stəkan toyuq suyunu qazanda qaynadın.
Kök və yaşıl soğanı əlavə edib yumşalana qədər qaynadın.
Duz səpib makaronu əlavə edin.
Sup qatılaşana qədər qapağı yarı açıq olaraq bişirin.
Üzərinə zeytunyağını töküb qarışdırın və isti olaraq süfrəyə təqdim edin.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!