Sobada toyuqla çöp siş resepti

Sobada toyuqla çöp siş resepti
Yeməklər
10.09.2017 12
Tərkibi:
Toyuğun döş əti – 1 ədəd
Göbələk – 4-5 ədəd
Bibər – 2 ədəd

Marinəsi üçün:
Sirkə- 2 x.q
Zeytun yağı- 1 x.q
Kəklikotu
Rozmari
Duz
Sarımsaq- 1diş
Soğan – 1 ədədin ¼-i

Hazırlanması:
Toyuğun döş əti nisbətən orta ölçülü kub formasında doğranılır və bir kasaya tökülür.
Marinə üçün nəzərdə tutulan ərzalar doğranmış toyuğun döş ətinin üzərinə əlavə edilərək yaxşı qarışdırılır və streç salafanla üzəri bağlanılıb 1 saat soyuducunun buzluğunda saxlanılır.
Bibərlər və göbələklər doğranılır. Marinə olunub yumşalmış toyuğun əti fotodakı kimi bibər, göbələk, soğan və ət şəklində şişə keçirilir.Soba 220 dərəcə tempraturda isidilir.
Toyuq şişləri istəyə uyğun şəkildə qızarana qədər sobada fırladılır. İsti-isti süfrəyə verilir.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!