Çox asan və fərqli: Pendirli kekslər

Çox asan və fərqli: Pendirli kekslər
Yeməklər
10.09.2017 6
Qonaqlarınızı, ailə üzvlərinizi bu dəfə adi maffinlərlə deyil, pendirli maffinlərlə sevindirin. Mikser işlətmədən, asanlıqla hazırlanan daha bir reseptimizlə tanış olun!

Ərzaqlar:

Bərk pendir – 150 qr.
Yumurta – 1 ədəd
Qatıq – 200 ml.
Un – 100 qr.
Qabartma tozu – 0,5 ç.q.

Hazırlanması:
Pendiri sürtgəcin iri gözündən keçirirsiniz. Üzərinə yumurta, qatıq əlavə edirsiniz və yaxşıca qarışdırırsınız. Sonra unu, qabartma tozunu əlavə edirsiniz və yenidən qarışdırırsınız. Alınan kütləni maffin qablarına tökürsünüz və 200 dərəcədə 20-30 dəqiqə bişirirsiniz.

Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!