Pendirli nyokki resepti

Pendirli nyokki resepti
Yeməklər
10.09.2017 4
Tərkibi:
750 q qabıqlı bişirilmiş kartof
150 q un
1 yumurta
100 q kəsmikli pendir
80 q bərk pendir
duz

iç:
200 q bişmiş ət
100 q kəsmikli pendir
80 q bərk pendir
1 yumurta
duz

üzərinə:

ərinmiş kərə yağı
təzə göyərti (reyhan, keşniş, cəfəri və s.)

Hazırlanması:
Kartofu qabıqlı bişirin. Əti duzlu suda bişirin (tez bişsin deyə duzu sonradan ata bilərsniiz).

Kartofun qabığını təmizləyin, sürtgəcin iri gözündən keçirin. Un, yumurta, hər iki pendir növünü, duz əlavə edib eynicinsli xəmir yoğurun. İçi hazır edənədək soyuducuya qoyun.

Bişmiş əti xırda doğrayın, hər iki növ pendir, yumurta və duzla birlikdə eynicinsli kütlə alınanadək blenderdə xırdalayın.

Xəmirdən qoz boyda qoparıb kündə tutun, əlinizdə yastılayın, ortasına iç qoyub kənarlarını bükün, yenidən kürə halına salın. Un səpilmiş masanın üzərinə qoyun. Bütün nyokkiləri bu qayda ilə hazırlayın.

Qaynayan suya nyokkiləri hissə-hissə tökərək bişirin. Qaynayıb suyun üzərinə çıxandan sonra 3-5 dəqiqə bişirib kəfkirlə çıxarın. Boşqablara çəkin, üzərinə ərinmiş yağ gəzdirib doğranmış göyərti səpin.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!