Zeytun yağlı quru lobya resepti

Zeytun yağlı quru lobya resepti
Yeməklər
10.09.2017 16
Tərkibi:
1.5 su stəkanı qaynadılmış ağ quru lobya
2 pomidor
1 çarliston bibər
1 soğan
2 diş sarımsaq
1 çay qaşığı şəkər
1 qəhvə fincanı zeytun yağı
1 su stəkanı su
yarım limonun suyu
4-5 ədəd cəfəri, duz

Hazırlanması:
Pomidorların qabıqlarını soyub kub şəklində doğrayın.
Çarliston bibərin tumlu qisimini çıxarıb incə incə dilimləyin.
Soğanı doğrayın, sarımsaqları əzin.
Cəfərini yuyub incə incə doğrayın.
Zeytunyağını qazanda istilədib soğan və sarımsağı qızardın.
Çarliston bibəri əlavə qovurun.
Pomidoru əlavə edin və bişənə qədər bişirin.
Qaynadılmış ağ lobyanı süzüb pomidorlu qarışığa əlavə edin.
2-3 dəqiqə qapağı bağlı olaraq bişirin.
Su , limon suyu , duz və şəkər əlavə edib qapağını bağlayın.
Lobya yumşalana qədər bişirin.
Atəşdən götürüb üzərinə qapaq qoyub biraz saxlayın.
Boşqaba qoyub üzərinə doöranmış cəfəri səpin.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!