Asan pizza

Asan pizza
Yeməklər
10.09.2017 52
Tərkibi:
12 dilim kəpək çörəyi
200 qr yağsız dana əti qiyməsi
200 qr göbələk
2 acı bibər
1 soğan
1 iri pomidor
3-4 diş sarımsaq
1 xörək qaşığı kərə yağı
12 xörək qaşığı rəndələnilmiş yağsız pendir
duz, istiot, kəklikotu

Hazırlanması:
Soğanı incə incə doğrayın, sarımsaqları əzin.
Bibərləri halqa halqa dilimləyin.
Teflon tavada kərəyağını əridib soğan, sarımsaq və bibərləri qovurun.
Göbələkləri dilimləyip tavaya əlavə edin.
1-2 dəqiqə daha qovurduqdan sonra qiyməni əlavə edib qarışdırın.
Qiyməni yaxşıca qovurulduqdan sonra rəndələnilmiş pomidoru, qara bibəri, kəklikotunu və duzu əlavə edin.
Pomidor yumşalana qədər bişirin.
Kəpək çörəklərini çörək qablarına düzün.
Hazırladığınız qiyməli qarışığı çörəklərin üzərinə tökün.
Hər dilimin üzərinə bir xörək qaşığı yağsız pendir rəndəsi səpib orta dərəcəli sobada pendir əriyənə qədər bişirin.
Süfrəyə isti təqdim edin.

Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!