Quzu ətli tas kababı resepti

Quzu ətli tas kababı resepti
Yeməklər
10.09.2017 17
Tərkibi:
1 kq quzu əti
300 q xırda soğan (arpacıq)
1 x.q. duz
1 ç.q. qara istiot
1 armudu st. su
quyruq yağı
göy soğan
1 dəstə cəfəri
1 qəhvə fincanı narşərab

Hazırlanması:
Quzu ətini xırda doğrayın. Soğanların qabığını soyun. Ət, duz, qara istiot və soğanı bir qabda qarışdırın. Odadavamlı tasa yığın. Üzərinə 1 armudu stəkan su əlavə edin. Üzərinə quyruq yağı düzün. Bu qabın ağzına dəyirmi soba formasını qoyub tərs çevirin. Yeməyi vam odda 3 saat bişirin. Hazır olduqdan sonra tası götürün. Cəfəri və göy soğanı xırda doğrayın. Xörəyin ətrafına yayın, üzərinə narşərab gəzdirin (Cəfəri, göy soğan və narşərab qarışığını bişməmişdən öncə birbaşa ətə də əlavə etmək olar. Ancaq o zaman rəngi dəyişəcək). Süfrəyə adi düyü (basmati) plovu ilə verə bilərsiniz.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!