Qiyməli pidenin hazırlanma qaydası

Qiyməli pidenin hazırlanma qaydası
Yeməklər
10.09.2017 8

Lazım olan ərzaqlar
Xəmiri üçün:

1 su stəkanı ilıq süd
1 stəkan su
1 paket yaş maya
4 yemək qaşığı duru yağ
1 yemək qaşığı şəkər
5 stəkan un
Duz

İçliyi üçün:

Yarım kilo qiymə
3 ədəd orta böyüklükdə soğan
3 ədəd orta böyüklükdə pomidor
2 ədəd yaşıl bibər
2-3 diş sarımsaq
Cəfəri
Qara bibər
Pul bibər
Razyana
Kəklikotu

Üzəri üçün:

1 yumurtanın sarısı

Hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün undan başqa bütün ərzaqları bir qabda qarışdırın. Unu az-az tökərək yoğurun. Mayalanması üçün ən az 1 saat gözləyin.
İçliyini hazırlamaq üçün soğan və bibərləri rondodan keçirin və xırda-xırda doğradığınız pomidorlarla bir qaba tökün. Qiymə, duru yağ və ədviyyatları da əlave edib yaxşıca qarışdırın.
Mayalanan xəmirdən parçalar qoparıb uzun pide şəklində açın. Xəmirin kənarlarını içə doğru əyin və kağız sərdiyiniz soba qabına qoyun. İçlikdən töküb bərabər şəkildə yayın.
Kənarlarını bükdüyünüz pidelərin üzərinə bir yumurtanın sarısını çəkin və əvvəldən 180 dərəcədə isitdiyiniz sobada bişirin.

Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!