Brandada

Brandada
Yeməklər
10.09.2017 15
Tәrkibi (4 pay):
400 q treska
0,5 l süd
1 ç. q. duz
1 dәfnә yarpağı
300 q kartof
50 ml zeytun yağı (yaxud digәr bitki yağı)
2 diş sarımsaq
cәfәri vә ya şüyüd (zövqә görә)
dәnәvәr istiot
2 x.q. xama

Hazırlanma qaydası:
Kartofu tәmizlәyib duzlu suda bişirin. Hazır olanda suyunu süzüb kartofu әzin.
Bir qazanda südü qaynadın, 1 ç.q. duz, xırdalanmış sarımsaq, dәfnә yarpağı, bir neçә dәnәvәr istiot vә doğranmış treskanı әlavә edin. Süd yenidәn qaynayanda qazanı ocaqdan götürün, balığı içindә 5 dәqiqә saxlayın. Balığı çıxarıb ayrı qaba yığın, çәngәllә әzin. Әzilmiş kartof, treskanın içindә bişdiyi süddәn 150 ml vә tәdricәn zeytun yağı әlavә edәrәk qarışdırın. Xırdalanmış göyәrti qatıb qarışdırın. Formanı yağlayın, balıqlı­kartoflu kütlәni içinә yığın. Üzәrinә xama çәkin. 200 dәrәcә qızdırılmış sobada 15 dәqiqә, üzәri qızaranadәk bişirin.
Adәtәn bu zapekankanı qızardılmış çörәklә süfrәyә verin.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!