Südlü pomidor şorbası

Südlü pomidor şorbası
Yeməklər
10.09.2017 18
Tərkibi:
4 ədəd orta boy pomidor
2 yemək qaşığı pomidor sousu
1/2 litr süd
1 çay stəkanı un
1 yemək qaşığı kərə yağı
1 çay stəkanı zeytun yağı
Qara istiot
Duz

Hazırlanması:
Kərə yağı və zeytun yağı bir qazanda isidilər. Kərə yağı əriyincə qazana un qoyular və bir iki dəqiqə qovrular. Dərhal sous əlavə edilib qovrulmağa davam edilər. Sousun rəngi dəyişib un ilə yaxşıca özləşincə robotda qabıqları ilə birlikdə çəkilib püre edilən pomidorlar əlavə olunar və duz əlavə edilər. 5 dəq.qarışdıraraq bişirdikdən sonra yavaş - yavaş və qarışdıraraq süd əlavə olunar. İstədiyimiz sıxlığa gəlməsi üçün üzərinə su əlavə olunar və qara isitot qoyulub blendırla çəkilər. Qaynayana qədər qarışdırılar. Qaynayınca orta odda 10 dəq. bişirilib istirahət etdirildikdən sonra isti servis edilər.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!