Narhəngi

Narhəngi
Yeməklər
10.09.2017 32
Tərkibi (4 pay):
300 q sümüksüz qoyun əti
3 kartof
2 şirin bibər
3 baş soğan
2 yerkökü
4 diş sarımsaq
1 dəstə keşniş
1 dəstə şüyüd
50 ml bitki yağı
1 ç.q. keşniş toxumu
1 ç.q. zirə
duz
təzə üyüdülmüş qara istiot
3 pomidor

Hazırlanması:
* (əti reseptdə göstəriləndən 2 dəfə artıq götürə bilərsiniz)
Keşniş toxumu və zirəni həvəngdəstədə əzin. Qoyun ətini gilənar boyda doğrayın. Ədviyyatın yarısı ilə qarışdırın. Soyuducuda 2 saat saxlayın. Bu müddətdə tərəvəzi hazırlayın. Yerkökünü saman kimi doğrayın.Pomidorların uc tərəfində iti bıçaqla xaçvari kəsik edin, üzərinə qaynar su tökün, sonra soyuq suya salıb çıxarın. Qabığı rahat soyulacaq. Kubik doğrayın. Soğanı yarımhalqa doğrayıb 2 bölün (1/4 halqa). Şirin bibəri saman kimi doğrayın. Sarımsağı əzin. Kartofu təmizləyib nazık barmaq yoğunluğunda uzun doğrayın.Keşnişlə şüyüdü xırda doğrayın.Qalın dibli qazanda yağı qızdırın. Əti əlavə edib iti odda qəhvəyi rəng alanadək qovurun. Ocağı lap azaldın. Əti qazanın dibinə yayın. Üzərinə soğanı sıx-sıx düzüb ədviyyatın qalanını səpin, duzlayın. Digər ərzağı da sıx-sıx, lay-lay düzün: yerkökü+pomidor+göyərti+sarımsaq+şirin bibər. Bibərlə göyərti kartofla pomidoru ayıran lay olmalıdır, çünki turş mühitdə kartofun dadı dəyişir. Bibərin üzərinə kartofu düzün. Qazanın qapağını kip bağlayın. Çünki bütün yuxarı laylar buxarda bişməlidir. Əgər qapaq kip bağlanmırsa, üzərindən folqa çəkin. 2 saat vam odda bişirin.

2 saat sonra qazanı qarışdırıb istiot vurun. Bu vaxt görəcəksiniz ki, yeməyin xeyli suyu var (fikir verdinizsə, əvvəldən su əlavə olunmadı)Süfrəyə isti-isti verin.

Narhəngi
Narhəngi
Narhəngi
Narhəngi
Narhəngi
Narhəngi
Narhəngi
Narhəngi
Narhəngi
Narhəngi
Narhəngi
Narhəngi
Narhəngi
Narhəngi
Narhəngi

Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!