Göbələklə kələm dolması resepti

Göbələklə kələm dolması resepti
Yeməklər
10.09.2017 1
Tərkibi:
ağ kələm
2 x.q. bitki yağı
500 q göbələk
2 x.q. tomat pastası
0,5 st. bişmiş düyü
duz
istiot

Hazırlanması:

Kələm yarpaqlarını qaynayan suda 2-3 dəqiqə bişirin, sudan çıxarıb aşsüzənə yığın.
Düyünü bişirin, amma xəşil olmasın. Göbələyi təmizləyib bir buğum qaynadın, doğrayın, düyü, duz-istiot, tomat pastası, bitki yağı əlavə edib qarışdırın. Kələmlərin içini doldurub dolma kimi bükün. Əvvəlcə yağda qızardın. Sonra dərin soba qabına yığın. Tomat pastasını su və bitki yağı ilə qarışdırıb üzərinə gəzdirin. (Su əvəzinə bulyon da götürə bilərsiniz). Sobada hazır olanadək bişirin.
Süfrəyə bişmiş kartof və xiyar salatı ilə verə bilərsiniz.

Nuş olsun!скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!