Qiyməli top börək resepti

Qiyməli top börək resepti
Yeməklər
10.09.2017 16
Tərkibi:
400 q qiymə
2 yuxa
2 soğan
2 x.q. kərə yağı
1 ç.q. şəkər tozu
1 x.q. küncüt
1 x.q. çörəkotu
5 x.q. süd
5 x.q. bitki yağı
duz
qara istiot
zirə

Hazırlanması:
Xırda doğranmış soğanı kərə yağında qovurun. Qiymə və şəkər tozu əlavə edin, bişənə yaxın duz, istiot və zirə qatıb ocaqdan götürün, soyudun.
Yuvarlaq dərin qabin içini yağlayın. Küncütlə çörəkotu səpin. Yuxalardan birini içinə sərin. Kənarlarını qopardın. Bir qabda südlə kərə yağını qarışdırın, yuxanın üzərinə çəkin. Qiyməli içdən 2-3 x.q. yuxanın üzərinə qoyun. Yenidən yuxa qoyub, üzərinə südlü qarışıq çəkin və iç qoyun - beləcə ərzaq bitənədək lay-lay düzün. Ən üstdə yuxa olmalıdır. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Bir qədər soyuduqdan sonra boşqaba tərs çevirin. Doğrayın.

Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!