Qaymaqlı-pendirli boğça resepti

Qaymaqlı-pendirli boğça resepti
Yeməklər
10.09.2017 15
Tərkibi:
300 q qaymaq
2ç.q. şəkər tozu
2 st. bitki yağı
1 yumurtanın ağı
20 q yaş maya
aldığı qədər un

iç:
100 q ağ pendir
cəfəri

üzərinə:
2 yumurtanın sarısı

Hazırlanması:
Qaymaq, otaq temperaturunda marqarin, şəkər tozu, bitki yağı və mayanı qarışdırın, az-az un əlavə edərək yumşaq xəmir yoğurun.
Xəmiri 5-10 dəqiqə saxlayın.
Pendiri sürtgəcdən keçirin, doğranmış cəfəri ilə qarışdırın.
Xəmirdən qoz boyda kündələr tutun. Əlinizlə yastılayıb içinə 1 ç.q. iç qoyun, kənarlarını bitişdirib kürə halına salın.
Perqament döşənmiş siniyə düzün. Üzərinə yumurta sarısı çəkin. Əvvəlcədən 190 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişirin.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!