Südlü şorba

Südlü şorba
Yeməklər
10.09.2017 16
Tərkibi:
1 litr süd
100 q göbələk
1 yemək qaşığı un
2 yemək qaşığı zeytun yağı
1 çay qaşığı əzilməmiş istiot
1 çay qaşığı duz
200 ml su.

Hazırlanma qaydası:
Qazanda 1 yemək qaşığı zeytun yağını qızdırın. Qızdırdığınız yağa unu əlavə edib qovurun. Unun iyi çəkiləndən sonra yavaşça südü və suyu əlavə edib, 8 – 10 dəqiqə qaynadın. Süd qaynayana qədər göbələkləri yuyun. Yuyulmuş göbələklərin suyunu süzün. Yuyulmuş göbələkləri kiçik doğrayın. Bir tavada 1 yemək qaşığı zeytun yağını qızdırın. Qızdırmış olduğunuz yağın içinə doğradığınız göbələkləri əlavə edin. Göbələkləri yağda 2 – 3 dəqiqə qovurun. Qovurduğunuz göbələkləri də süd qaynatdığınız qazana əlavə edin. Bir az qaynatdıqdan sonra istiot və duzunu da əlavə edin və 5 dəqiqə daha qaynadın. İsti halda servis edin.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!