Özbək mantisi

Özbək mantisi
Yeməklər
10.09.2017 19
Lazım olan ərzaqlar:
Yumurta: 2 ədəd
duz: lazım olan qədər
Su: 1 stəkan
un
qiymə-1 kq
soğan-800 qram
istiot
bibər
kərə yağı

Hazırlanma qaydası:
Özbək mantisi hazırlamaq üçün əvvəlcə un ələnir. Bunun məqsədi, unun həm havalanması, həm də içərisində yad cisimlər varsa onların təmizlənməsidir.
Xəmir hazırlanacaq geniş bir qaba 2 ədəd yumurta qırılır.
Yumurtalara xəmirin duzu əlavə edilir.
Çəngəl vasitəsi ilə yumurtalar çalınır və duz qarışdırılır.
Bundan sonra yavaş yavaş yumurtaya su əlavə edilir. Qarışdırılaraq durulaşdırılır.
Xəmirin yumurtalı suyuna daha sonra əvvəlcədən ələdiyimiz unu yavaş – yavaş əlavə edib xəmir mantinin xəmirini yoğururuq.
Xəmir yoğrulub hazır olduqdan sonra stolun üzərinə biraz un səpilir. Xəmir burada biraz yoğrulduqdan sonra masanın üzərinə biraz un əlavə edin.
Yumurtalı manti xəmiri burada masanın üzərində də biraz yoğrulur və üzərinə bir qab örtülərək gözlədilir.
Bu gözləmənin müddəti: 10-15 dəqiqədir.
Manti içlik hazırlanması

İçlik hazırlamaq üçün əvvəlcə ət qiymə maşınından keçirilir. Yağsız olduğu təqdirdə içərisinə biraz da quyruq əlavə edilir.
Soğan kiçik – kiçik doğranılır.
Yaxşıca doğranılan soğan yağlı qiyməyə qarışdırılır.
Bundan sonra duz səpilir. Üzərindən əzilmiş istiot və qırmızı bibər səpilir. Yaxşıca qarışdırılır.

Bu arada dincəlməyə qoyduğumuz xəmiri yenidən biraz yoğururuq. 10-15 dəqiqə yenidən gözləyirik.
Gözlətdiyimiz xəmiri kiçik kündələr halına gətiririk.
Masanın üzərinə biraz un səpirik. Oxlova vasitəsi ilə yuxa yayırıq.
Bir kasa və bıçaq vasitəsi ilə yuxadan yumru parçalar kəsirik.

Doğranmış xəmirin içərisinə hazırladığımız qiyməli içlik qoyulur. Videoda göründüyü şəkildə ÖZBƏK MANTİSİ BÜKÜLÜR.

Bundan sonra manti qazanının parçalarının içərisi maye yağ vasitəsi ilə yüngülvari yağlanır.
Bükülmüş mantilər buxar qablarının içərisinə düzülür.
Qazanın içərisinə su qoyulur və ağzını örtərək qaynamağa qoyulur.
Su qaynadıqdan sonra içərisində mantilər olan hissələr qazanın üzərinə qoyulur. Təqribən 35-40 dəqiqə mantilər buxarda bişir.
Bir qabın içərisinə kahı yarpaqları və kiçik pomidorlar düzülür.
Mantilər kahı yarpaqlarının üzərinə səliqə ilə düzülür. Mantilərin üzərlərinə bir az kərə yağı qoyulur.
Bu şəkildə servis edilir.

Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!