İspanaqlı toyuq dolması

İspanaqlı toyuq dolması
Yeməklər
10.09.2017 4
Tərkibi:
1 ədəd sümüyü alınmış toyuq döşü
2 yemək qaşığı doğranmış ispanaq
2 yemək qaşığı parçalanmış yağlı ağ pendir
2 yemək qaşığı rəndələnilmiş holland pendiri
1 diş döyülmüş sarımsaq
Duz, qara bibər
Diş qurdalayan
2-3 yemək duru yağ

Sousu üçün:
Qatıq, xardal, yaşıl soğan, duz və qara bibəri damaq dadına uyğun gələcək miqdarda qarışdırın.

İspanaqlı toyuq dolması


Hazırlanması:
Toyuq sinəsini iki parçaya kəsdikdən sonra hər bir parçanı ikiyə ayrılmadığına diqqət edərək buterbrod meydana gətirə biləcək şəkildə eninə kəsin.

İki parçanı da açıq şəkildə plastik folyo arasına qoyub ilə yüngülcə döyün.
Bir kasada döyülmüş sarımsaq, ağ pendir, holland pendiri, ispanaq, duz və qara bibəri qarışdırıb toyuq sinələrinin içini doldurun və kənarlarını dişqurdalayanla birləşdirin.
Bişirərkən əriyən pendirin çölə axmamasına diqqət edin.
Bir tavaya duru yağı qoyub toyuqların hər iki tərəfini də nar kimi qızarana qədər bişirdikdən sonra dişqurdalayanları çıxarın.
Qatıq, xardal, yaşıl soğan, duz və qara bibəri bir qabda qarışdıraraq hazırladığınız sousu toyuqların üzərində gəzdirin.

Nuş olsun!скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!