Limonla noxud şorbası resepti

Limonla noxud şorbası resepti
Yeməklər
10.09.2017 13
Tərkibi:
350 qr noxud,
1 iri baş soğan,
zeytun yağı,
2 xörək qaşığı
un,
cəfəri,
0,5 limon,
duz,
istiot.

Hazırlanması:
Etməlisiniz: noxudu gecədən islatmalısınız. Səhərisi gün soğanı zeytun yağında qovurun, ardınca suyunu süzüb noxudu qovrulan soğana əlavə edin biraz qovurun. Biraz qovurduqdan sonra iki barmaq qədər örtənə qədər su əlavə edin və 1 saat qaynadın. Noxudun bişməsinə nəzarət edin.

Başqa bir qabda bir limon suyunu 2 xörək qaşığı un ilə qarışdırın. Noxud bişəndən sonra onu blenderdən keçirin və limon suyu ilə un qarışığını qarışdırın daha 5 dəqiqə bişirin. Cəfərini xırda doğrayıb şorbaya əlavə edin.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!