Arpa şorbası toyuq əti ilə resepti

Arpa şorbası toyuq əti ilə resepti
Yeməklər
10.09.2017 12
Tərkibi:
toyuq əti,
1 ədəd baş soğan,
1-2 ədəd kök,
bolqar bibəri,
pomidor (evdə hazırlanmış pomidor tomatı da ola bilər),
1-2 ədəd kartof,
arpa,
zeytun yağı,
duz və istiot.

Hazırlanması:

İlk öncə arpa təmizlənir, yuyulur və yumuşalması üçün 20 dəqiqə suda saxlanılır. Bu müddət ərzində soğan xırda doğranılır, kök, bibər, pomidor və kartof kubik şəklində doğranılıb hazırlanır. Toyuq əti yuyulur və doğranılır.

Soğan yağda qızardılmağa başlayır, bir müddət sonra toyuq və isladılmış arpa əlavə olunur və 2-3 dəqiqə soğanla bişirilir. Daha sonra yerdə qalan ərzaqlar (bibər, kök, pomidor, kartof) əlavə olunur və qarışdırılır. Qarışımın üstünə su əlavə olunur və arpa bişənədək (ortalama 15 dəqiqə) bişirilir.

Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!