Alma dolması

Alma dolması
Yeməklər
10.09.2017 12
Tərkibi:
6 ədəd alma
2 ədəd soğan
2 yemək qaşığı zeytun yağı
1 çay qaşığı dolmalıq fıstıq
1 çay stəkanı düyü
yarım su stəkanı isti su
cəfəri
nanə
qara bibər
1 ovuc toz şəkər
duz
1 yemək qaşığı limon suyu

Hazırlanması:

Soğanları soyub robotton keçirin.
Yağı qazana əlavə edib istilədin. Əlavə etdiyiniz dolmalıq fıstıq və soğanı zeytunyağında qovurun.
Qazana duz, qara bibər, isti suyu da əlavə edin və qarışdırın.
Bir neçə budaq aldığınız nanə və cəfərini incə - incə doğrayın və qazana əlavə edin.
Toz şəkər və limon suyunu ayrı bir qabda qarışdırın.
Almaları soyun. Çəyirdəklərini çıxarıb içlərini oyun.
Almaları hazırladığınız plov ilə doldurun.
Almaları bir qazana düzün və 1 çay stəkanı qədər isti su əlavə edərək düyülər az odda yumşalana qədər bişirin.

Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!