Dul qadın şorbası

Dul qadın şorbası
Yeməklər
10.09.2017 16
Tərkibi:
2 su stəkanı yaşıl mərcimək
1 su stəkanı əriştə
9 su stəkanı isti su
1 ədəd orta boy soğan
4 diş sarımsaq
1 yemək qaşığı un
6 yemək qaşığı duru yağ
1 yemək qaşığı bibər sousu
1 yemək qaşığı pomidor sousu
1 ədəd limonun suyu
1 çay qaşığı duz

Hazırlanması:

Yaşıl mərcini ayırd edib yuyun. Qazana alıb üzərini örtəcək qədər su əlavə edin. 20 dəqiqə qaynadıb süzün. Soğanı soyub xırda doğrayın. Sarımsaqları soyub əzin. Duru yağı qazanda istilədin. Soğanı əlavə edib saralana qədər qovurun. Unu əlavə edib taxta qaşıqla 1-2 dəqiqə qarışdıraraq qovurun.

Bibər və pomidor souslarını əlavə edib qarışdırın. Üzərinə isti suyu köçürün. Duz və qara bibərlə dadlandırıb qaynadın. Mərcini qaynamaqda olan şorba­ya əlavə edin və 25 dəqiqə arada bir qa­rışdıraraq bişirin. Əriştə, sarımsaq və li­mon suyunu əlavə edib 10 dəqiqə daha bişirin.
İsti servis edin.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!