Sodalı börək

Sodalı börək
Yeməklər
10.09.2017 8
Tərkibi:
6 ədədlavaş
Ağ pendir
2 yumurta
1 su stəkanı süd
1 şüşə soda
1 su stəkanına yaxın əridilmiş kərə yağı

Hazırlanması:

Əvvəlcə nimçənizi yağlayın. İlk lavaşı ortadan ikiyə bölün və nimçəyə yayın. İkinci lavaşı da eyni şəkildə qoyun. Üçüncü lavaşın yarısını yayıb üzərinə pendiri əlavə edin. Qalan lavaşları da əvvəlki lavaşlar kimi yayın. Ən üstdəki lavaşın düz olmasına diqqət edin. Nimçəyə düzmə işiniz bitdikdən sonra bıçaqla böreyinizi dilimləyin və bir sodanı lavaşın üzərinə gəzdirin. Sonra başqa bir qabın içində hazırlanan süd, yumurta və kərə yağ qarışığını yaxşıca çırpın və hamısını lavaşların üzərinə tökün. 20 dəqiqə daha gözləyin.

200 dərəcədə üzəri nar kimi qızarana qədər bişirin.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!