Makaron böregi

Makaron böregi
Yeməklər
10.09.2017 17
Tərkibi:
1 paket kəpənək makaron
3 yuxa
4 yumurta
1 su stəkanının 4/3ü qədər duru yağ
300 qr yağlı ağ pendir
250 qr kaşar pendir
1 bağ cəfəri
2 su stəkanı süd

Hazırlanması:
Bir paket makaronu qaynadırıq və süzürük. Ağ pendirin içinə bir bağ cəfəri və rəndələnilmiş kaşar əlavə edib, xırmanlayın. Süd, yumurtanın ağını, duru yağı bir az duzu qarışdırın. Soba nimçəsi yağlayın və bir dənə yuxanı nimçədən daşacaq şəkildə qoyun. Qaynadılmış makaronun yarısını yuxanın üzərinə tökün. Hazırlanan süd qarışığının üçdə birini makaronun üstünə tökün.

Yuxanı nimçənin içinə daşmayacaq şəkildə büzərək yerləşdirin. Qalan makaronun hamısıda ikinci qatın üstünə qoyun. Eyni şəkildə hazırlanan süd qarışığından makaronun üstünə də qoyun.

Üçüncü yuxanı da nimçədən daşmayacaq şəkildə büzərək qoyun. Süd qarışığını təkrar üstündən gəzdirdikdən sonra, yanlardan daşan yuxanı nimçənin üstünə doğru bağlanın. Son qalan süd qarışığı son qatın üstünə tökün. Qalan dörd yumurta sarısını qarışdırıldıqdan sonra yuxanın üstünə çəkin. Kiçik - kiçik kərə yağ parçalarını üstünə qoyun və iki saat çöldə gözlədin. Sonra 180 dərəcə isidilmiş sobada bişirin.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!