Noxudlu yemək

Noxudlu yemək
Yeməklər
10.09.2017 33
Tərkibi:
500 qr noxud
4 yemək qaşığı sous
1 yemək qaşığı su
2 böyük soğan
2 yemək qaşığı duru yağ
(250 qr qiymə - istəyə bağlı)

Ön hazırlıq:
Noxudu dərin və geniş bir qaba qoyun. Üzərinə iki litr ilıq su əlavə edin. Ən az səkkiz, ən çox 12 saat bu suda gözlədin. 8 saatdan az gözlətsəniz noxudunuz kifayət qədər yumşalmaz və yaxşı bişməz. 12 saatdan çox gözlətsəniz qabıqları soyulan noxudların xarici səthi çox yumşalar və siz normal müddətində bişirərkən dağılar. Dadı yaxşı olsa da qabda gözünüzə xoş görünməyəcək.

Hazırlanması:
Noxudu iki dəfə yuyun. Həzm sistemi narahatlığı yaşayanlar üçün soyulan qabıqların ayırd edilməsində fayda var. Əgər qabıqların görünüşündən narahat olmursunuzsa qabıqları ayırd etmənizə ehtiyac yoxdur.

Soğanları kub-kub doğrayın. Sousu suyla qarışdırın. Əgər sulandırmasanız qızmış qazanda sous siz qarışdırına qədər yanar.

Əgər ətli noxud yeməyi etmək istəyirsinizsə, əvvəl quşbaşı ya da qıymağı yağda 1-2 dəqiqə qovurun. Qazana yağı qoyub orta odda soğanları çəhrayılaşana qədər qarışdırın. Sousu əlavə edin və ara vermədən qarışdırmağa davam edin. 1 dəqiqə qədər sonra noxudları əlavə edin. 2 dəqiqə qarışdıraraq yüngülcə qovrulmalarını təmin edin. Beləcə noxudun yumşalmış olan xarici səthi sərtləşəcək, içi bişərkən xarici dağılmayacaq.

Fitli qazan deyil də normal qazan istifadə edəcəksiniz ilk 30 dəqiqə yüksək atəşdə, sonrakı 30 dəqiqə orta atəşdə olmaq üzrə cəmi 60 dəqiqə bişirin. Qazı bağlamadan əvvəl bişmə dərəcəsini nəzarət edin. Əgər damağınızda dağılırsa altını bağlayıb dərhal soyumağa buraxmalısınız. Yüngül diridirsə və dərhal xidmət etməyəcəksinizsə qazanın qapağı yüngül fasilələrlə soyumağa buraxa bilərsiniz. Çünki siz qazı bağladıqdan sonra yemək bir müddət daha bişməyə davam edəcək.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!