Göbələkli kartof qızartması

Göbələkli kartof qızartması
Yeməklər
10.09.2017 20
Tərkibi:
900 qr. qabıqları soyulmuş kartof
300 qr. təmizlənmiş porcini göbələyi (və ya konserv dilimlənmiş porcini göbələyi)
Tərəvəz suyu
Parçalanmış çörək
Rəndələnilmiş parmesan pendiri
Defne yaprağı
Adaçayı
Kərəyağı
Süzmə zeytun yağı
Duz
İstiot

Hazırlanması:
Porcini göbələyini incə doğrayıb yapışmaz səthli tavada zeytunyağı, adaçayı və defne yaprağı ilə qarışdıraraq soteleyin. Bir az istiot səpib qarışdırın. Kartofların qabıqlarını soyub incə və yumru kəsin. Yağladığınız 22 sm. diametrindəki yumru soba nimçəsinə kartofları düzün. Üzərinə incə doğradığınız göbələk və yumşadılmış kərə yağını əlavə edib tərəvəz suyu ilə islatdıqdan sonra əvvəldən isidilmiş 190 dərəcə sobada bişirin. 25 dəq. sonra sobadan çıxardıb kartofların bişib bişmədiyinə nəzarət edin. (Bişmədisə təkrar sobaya qoyun.) Üzərinə parçalanmış çörək, rəndələnilmiş parmesan pendiri və incə doğranmış adaçayı yarpağı səpib üzərinin qıtırlaşması üçün sobanın qızartma hissəsində bir neçə dəq. bişirin.

Nuş oslun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!