Ətlə lavaş piroqu

Ətlə lavaş piroqu
Yeməklər
10.09.2017 10
Tərkibi:
1 bağlama nazik lavaş
250-300 q qiymə
1 soğan
2-3 yumurta
ketçup
xama və ya mayonez
duz
istiot
ədviyyat
pendir

Hazırlanması:
Qiyməni kotlet üçün hazırladığınız qaydada doğranmış soğan, duz-istiotla qarışdırın. Sonra lavaşların üzərinə nazik, bərabər qat çəkib 10-15 dəqiqə saxlayın. Bu müddətdə lavaş qiymənin şirəsini hopduracaq və daha elastik olacaq, bükəndə də cırılmayacaq. Lavaşları səliqəylə rulet kimi bükün.
Formanı yağlayıb ruletləri spiral kimi, yaxud yanaşı düzün (formanın ölçüsü və formasından asılıdır).
Yumurta, xama (mayonez), ketçup və ədviyyatı qarışdırın, duz vurun. Bunu lavaş ruletlərinin üzərinə bərabər qaydada tökün. Bu sous ruletləri tam örtməli, hətta 1-2 sm üzərinə çıxmalıdır. Çobada 30 dəqiqə bişirin. Hazır olmamışdan 5-10 dəqiqə əvvəl üzərinə sürtgəcdən keçirilmiş pendir səpin.

Ətlə lavaş piroqu

Ətlə lavaş piroqu

Ətlə lavaş piroqu


Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!