Tuxum-barak foto-resept

Tuxum-barak foto-resept
Yeməklər
10.09.2017 5
Tuxum-barakı özbəkcədən tərcümə eləsən, "yumurta ilə yarpaq" (yarpaq xəngəl) alınar. Yəni bir tərəfdən baxanda varenikə də oxşayır. Amma iki fərqi var - birincisi, kvadrat forması, ikincisi də içi - adi yumurta.

Tərkibi:
un
su
duz
yumurta
göyərti (göy soğan və yaxud digər sevdiyiniz)
ədviyyat
duz
istiot

Un, su, duz və yumurtadan adi xəngəl xəmiri yoğurun. Sonra uzun oxlovla nazik yayın.

Xəmiri oxlova dolayın. Sonra isə qarmon kimi üst-üstə qatlayın. Sonra bunu bərabər endə şəridlərə doğrayın. Şəridləri də üst-üstə qoyub dördbucaqlılar kəsin (ölçülərini elə ayarlayın ki, ikiyə qatlayanda kvadrat alınsın). Adi qaydada yayılmış lavaşı bıçaqla da doğraya bilərsiniz, amma yuxarıda göstərilən üsul ən asanıdır. Dördkünc xəmir parçalarını isə iki yanaşı tərəfini arasını azacıq isladaraq birləşdirmək lazımdır, bir növ ağzıacıq zərf alınır. Amma tərəfləri yaxşı yapışdırmaq lazımdır ki, duru iç axıb tökülməsin. İç. Hər yumurtaya 1 x.q. bitki yağı və 1 x.q. süd götürün, duz-istiot da vurub çalın. İstədiyiniz göyərtini - ispanaqdan tutmuş göy soğanadək - xırda doğrayıb əlavə edə bilərsiniz. Bir qədər də sarıkök əlavə edib qarışdırın.

"Zərfləri" hazırladığınız müddətdə qazanda su qaynadın. Duz vurun. "Zərfləri" də, içi də ocağa yaxın qoyun.

"Zərf"in içinə bir az iç tökün, barmağınızı yumurta qarışığına batıraraq kənarlarına çəkin və bir-birinə bitişdirin. Dərhal da qaynayan suya salın. Əvvəlcədən iç doldurub yanaşı düzmək, sonra qazana salmaq olmayacaq - iç kənarları açıb axıb gedəcək. Ona görə də cəld işləmək lazımdır. "Zərf" hazır olan kimi qaynayan suya salıb bişirin. Qaynar suya düşəndə isə axıb getməyi qeyri-mümkündür, çünki yumurta dərhal bişir. Bişdikdən sonra bir-birinə yapışmasın və daha dadlı olsun deyə süzüb boşqaba çəkdiyinizdə üzərinə əridilmiş kərə yağı gəzdirin, qızardılmış çörək ovuntuğu səpin.

Tuxum-barak foto-resept

Tuxum-barak foto-resept

Tuxum-barak foto-resept

Tuxum-barak foto-resept

Tuxum-barak foto-resept

Tuxum-barak foto-resept

Tuxum-barak foto-resept

Tuxum-barak foto-resept

Tuxum-barak foto-resept

Tuxum-barak foto-resept


Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!