Sobada dolma

Sobada dolma
Yeməklər
10.09.2017 17
Ərzaqlar:
800 q qiymə (mal, qoyun)
100 q düyü
6 ortaboy soğan
2 yumurta
500 q ağ kələm

Hazırlanması:
Düyünü suda ala-çiy bişirin, soyudun.
3 baş soğanı xırda doğrayın, qalan üçünü isə blenderdə püre halına salın.
Kələmi doğrayın. Bütün inqredientləri – qiyməni, soğanı, yumurtanı, kələmi və düyünü qarışdırın.
Duz, təzə üyüdülmüş istiot əlavə edin.
Alınan kütlədən uzunsov kotletlər tutun, siniyə düzün.
Kotletləri hazırlayarkən əlcək geyinsəniz, yaxşı olar, çünki qarışıq ələ yapışan alınır.
Əgər əlcək yoxdursa, əllərinizi soyuq suda isladın.
180 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.
Hazır olmağa 5 dəqiqə qalmış sobadan çıxarıb üzərinə sürtgəcdən keçirilmiş parmezan pendiri səpə bilərsiniz.
Bu tənbəl dolma üçün linkdəki sousdan istifadə edə bilərsiniz.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!