İçli toyuq kolbasaları

İçli toyuq kolbasaları
Yeməklər
10.09.2017 13
Tərkibi (4 pay):
2 iri toyuq budu
3 iri yumurta
1 yerkökü
0,5 qırmızı bolqar bibəri
100 q çedder pendiri
2 x.q. jelatin tozu
1 dəstə göyərti

Hazırlanması:
Toyuq budlarını sümük boyu yarıb sümükləri çıxarın. Əti kitab kimi açın. Duz-istiot vurun.
Azca döyüb hər birinin üzərinə jelatin səpin.
2 yumurtanı suda bişirib xırda doğrayın. Doğranmış bibər və sürtgəcin xırda gözündən keçirilmiş yerkökü ilə qarışdırın.
Pendiri də sürtgəcin xırda gözündən keçirin.
Hamısını xırdalanmış göyərti və çiy yumurta ilə qarışdırın, duz-istiot, sevdiyiniz başqa ədviyyat əlavə edin.
İçi ətin üzərinə qoyub səliqəylə rulet kimi bükün. Hər birini üç qat folqaya bükün, formaya qoyub 180 dərəcə qızdırılmış sobada təxminən 45 dəqiqə bişirin.
Sonra soyudub soyuducuda 2 saat saxlayın.
Dilimləyib süfrəyə verin.

Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!